"Nobel mükafatını qazanmasa da, mübarizəni davam etdirəcək" - Ağ Ev
ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını itirməsindən sonra Ağ Evdən rəsmi reaksiya verilib.
Patrulaz.az xəbər verir ki, Ağ Ev bildirib ki, Tramp Nobel Komitəsinin qərarına baxmayaraq sülh təşəbbüslərini davam etdirəcək.
“ABŞ Prezidenti sülh sazişləri və hərbi münaqişələri həll etməyə davam edəcək”, – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, 10 oktyabr 2025-ci ildə Nobel Sülh Mükafatını Venesuelanın müxalifət lideri Maria Korina Maçado qazanıb. 58 yaşlı Maçado xəbəri eşidəndə şokda olduğunu söyləyib. O, demokratik prinsiplərə sadiqliyi və avtoritar idarəçiliyə qarşı dinc müqaviməti ilə 2024-cü il Nobel Sülh Mükafatına layiq görülüb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Trampa Nobel Mükafatı verilməməsinə sərt reaksiya verib.
“Nobel Komitəsi dəfələrlə sülh üçün heç nə etməyənlərə Sülh Mükafatı verib”, – deyə o bildirib.






