media-inshot_20260217_160726802

Sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Nyukasl” Bakıya doğru yola düşüb.

Patrul.az xəbər verir ki, bu barədə klubun mətbuatı məlumat yayıb.

Bu gün saat 20:30-da İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Haunun mətbuat konfransı təşkil olunacaq. Daha sonra – saat 21:00-da “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi başlayacaq.

Xatırladaq ki, matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

media-6-4 media-1-5 media-2-7 media-3-6 media-4-5 media-5-3 media-inshot_20260217_160701408


Bənzər xəbərlər