O 100 yaşına qədər dövlətini idarə etmək istəyir - Dünyanın ən yaşlı Prezidenti yenidən səsvermədə
Kamerunun 92 yaşlı prezidenti Pol Biya ölkəsindəki səsverməyə yenidən qoşularaq hakimiyyətini daha 7 il uzatmağı hədəfləyib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 43 ildir 7,8 milyon kamerunluya rəhbərlik edən Prezident Pol Biya yüz yaşına qədər hakimiyyətdə qalmaq niyyətindədir. Bu dəfə onun qarşısında 11 namizəd mübarizə aparır.
Namizədlər arasında keçmiş prezident düşərgəsi üzvü olan və ölkə daxilində minlərlə insanı toplayan İssa Çiroma Bakari, həmçinin 1982-ci ildə Biyanın ilk baş naziri olmuş Bello Bouba Maigari də var.
Məlumata görə, səsvermə ölkədə siyasi durğunluq, dolanışıq böhranı və sosial iğtişaşlar fonunda baş tutur.
Qeyd edək ki, Konstitusiya Şurasının yekun nəticələri oktyabrın 26-dək elan etməsi gözlənilir.
Gülbəniz Səfərova






