media-inshot_20251023_112315492

Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Patrulaz.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

media-img-20251023-wa0015


Bənzər xəbərlər