Onlar Ayı yaxından gördülər
Yaponiyada nadir səma hadisəsi olan “Super Ay” qeydə alınıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ayın Yerə ən yaxın məsafəyə gəldiyi anda baş verən bu hadisə ölkədə maraqla qarşılanıb.
NASA-nın məlumatına görə, tam ay bu zaman adi günlərlə müqayisədə təxminən 14 faiz daha böyük, 30 faiz daha parlaq görünüb.
Bu mənzərə Yaponiyanın Hokkaydo əyalətinin Nayaro şəhərində yerləşən Kitasubaru Rəsədxanası tərəfindən görüntülənib.
Ölkənin müxtəlif bölgələrində yaşayan sakinlər də nadirən baş verən, gözoxşayan Super Ay”ı lentə almağa çalışıblar.






