"Onlar müharibəni davam etdirməyə çalışırlar" - Zelenski
“Rusiya ordusu dayanmağa deyil, döyüşü davam etdirməyə hazırlaşır”.
Patrul.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, buna səbəb Rusiya ordusunun Ukraynaya 129 dronla hücum etməsidir.
Ukrayna liderinin sözlərinə görə, hücumlar zamanı xüsusilə mülki yaşayış məntəqələri hədəf alınıb. Xarkov vilayətində dörd nəfər həlak olub, Sumi vilayətinə edilən hücum nəticəsində bir nəfər ölüb. Həmçinin Zaporojyedə bir xəstəxanaya zərbə endirilib. Zelenski Rusiyanı mülki şəxsləri hədəf almaqda ittiham edib.
Ukrayna Prezidenti qeyd edib ki, bu hücumlar danışıqlar səylərinə zərər vurur və onların dayandırılması vacibdir:
“Rusiya ordusu dayanmağa deyil, döyüşü davam etdirməyə hazırlaşır”, – deyə Zelenski bildirib.






