media-15b6f54b-5f75-4d15-9f59-81e854ae266e

Patrul.az redaksiyasına müraciət edən vətəndaş bildirir ki, bu gün saat 15:55-də Xudat–Bakı istiqamətində hərəkət edən avtobus üçün onlayn bilet almasına baxmayaraq, avtovağzalda avtobusa minə bilməyib.

Onun sözlərinə görə, sərnişin sıxlığı səbəbindən bəzi şəxslər yerindəcə pul ödəyərək bilet alıb və avtobusa buraxılıb. Nəticədə, əvvəlcədən onlayn bilet əldə edən sərnişinlər kənarda qalıb. Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə etiraz etsə də, buna əhəmiyyət verən olmayıb.

Vətəndaş əlavə edib ki, yaxın zamanda əməliyyat olunduğu üçün uzun müddət ayaqüstə qalmaqda çətinlik çəkir və bu vəziyyət onun üçün daha ciddi problem yaradıb.

Məsələ ilə bağlı təqdim olunan videogörüntülər redaksiyamıza göndərilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.


Bənzər xəbərlər