media-1738671192_2024_05_10_843253_alis

Onlayn alış-veriş platformalarının çoxalması yerli bazara mənfi təsir göstərir. Hətta onlayn alış-verişin ənənə halını alması, bəzi geyim mağazalarının bağlanmasına səbəb olur. Bu halda ənənəvi mağazalara tələbatı artırmaq üçün nə etmək lazımdır?

Mövzu ilə əlaqədar Bakı Ali Neft Məktəbinin kafedra müdiri, iqtisadçı Altay İsmayılov Patrul.az-a fikirlərini bölüşüb.

İqtisadçının sözlərinə görə, bugünkü gündə alış-veriş dünyasında onlayn platformaların artan rolu və əhəmiyyəti fonunda sırf ənənəvi mağaza açmaqla uğur qazanmaq getdikcə çətinləşir:

“Gedişat göstərir ki, ticarət sahəsində gələcək daha çox onlayn satışların artması istiqamətində olacaq.

Ənənəvi mağaza açmaq istəyənlər bu şəraitdə yalnız bir üstünlüklə rəqabət apara bilərlər – o da müştəri məmnuniyyəti və xidmət keyfiyyətidir. Məsələn, müştəri onlayn alış-veriş zamanı etimad problemi yaşaya bilər, məhsulu görmədən almaqdan çəkinə bilər. Amma fiziki mağazada, əgər qarşısında məsuliyyətli və etibarlı bir komanda görərsə, məhsulu bəyəndiyi kimi dəyişdirə və ya qaytara biləcəksə, bu, ona əlavə bir güvən verir”.

media-img-20251204-wa0026

Altay İsmayılov digər bir vacib məqamın isə əlavə xidmətlər olduğunu bildirib:

“Məsələn, geyim mağazalarında uyğun ölçü problemi yaranarsa, müştəriyə dərzi xidməti təklif oluna bilər. Məhsulun düzəldilməsi, kəsilməsi və s. kimi kiçik jestlər müştərinin məmnuniyyətini artırır. 2-3 manatlıq bu cür xərclər alıcıda böyük etibar yarada bilər”.

Yekunda isə həmsöhbətimiz qeyd edib ki, mağazanın inkişafı üçün ən doğru yol həm onlayn, həm də ənənəvi satış kanallarını paralel şəkildə inkişaf etdirməkdir:

“Təkcə fiziki mağaza ilə uğur qazanmaq çətindir. Onlayn satış imkanlarını da nəzərə alaraq, müştəri məmnuniyyətini əsas götürən yanaşma daha dayanıqlı nəticələr verə bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər