media-inshot_20251204_151156256

“Real Madrid”in hücumçusu Kilian Mbappe klub əfsanəsi Kriştianu Ronaldonun daha bir rekorduna yaxınlaşır.

Patrul.az “Marca”ya istinadən xəbər verir ki, fransalı ulduz 2025-ci ildə keçirdiyi 55 oyunda 55 qol vuraraq, “kral klubu” tarixində bir təqvim ilində ən çox qol vuran futbolçu statusuna sahib Ronaldonun göstəricisinə yaxınlaşıb. Portuqaliyalı ulduz 2013-cü ildə bir ildə 59 qola imza atmışdı. Mbappe isə bu rekordu təkrarlamaq üçün cəmi dörd qola ehtiyac duyur.

Keçmiş PSJ hücumçusu xüsusilə “San Mames” stadionunda vurduğu qollarla seçilib. Məhz bu arenadakı son qolundan sonra onun 2025-ci ildəki şəxsi göstəricisi 55 oyunda 55 qol olub. Mbappenin Ronaldonun 59 qoluna çatması üçün hələ beş oyunu qalır.

Fransalı superulduz artıq Ronaldonun bir neçə il üzrə rekordlarını arxada qoyub. O, portuqaliyalı bombardirin 2010-cu ildəki (46 qol), 2016-cı ildəki (42 qol), 2017-ci ildəki (41 qol) və 2018-ci ildəki (44 qol) nəticələrini üstələyib. Hazırda Mbappe, ulduz futbolçunun 2011-ci ildə vurduğu 54 qola bərabərdir.

Mbappenin Fransa millisində vurduğu yeddi qol da əlavə olunduqda, onun 62 matçda 62 qolla “oyun-başına bir qol” göstəricisini qoruduğu görünür. Bu, onun karyerasında ikinci ən yaxşı fərdi nəticədir. 2022-ci ildə o, 56 matçda 56 qola (PSJ-də 44, Fransa millisində 12) imza atmışdı.

Hazırkı mövsümdə Mbappe yüksək məhsuldarlığını davam etdirir. O, “Real Madrid”də 25 qol və 4 məhsuldar ötürmə, Fransa millisində isə 5 qol və 3 assistlə ümumilikdə 24 matçda 30 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransalı ulduzun ilin sonuna qədər Ronaldonun tarixi rekordunu qırıb-qırmayacağı isə böyük maraqla gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər