media-inshot_20260217_120136891

Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən “İmplantium” diş klinikası və “Ucuz Store” market tərəfindən obyektin qarşısında süni maneələr yaradılıb.

Patrul.az-ın məlumatına görə, obyektlərin qarşısına dəmir dirəklər və plastik güldan qabların düzülməsi küçə ərazisinin zəbt olunmasına, eləcə də məhlə sakinlərinin avtomobillərini həmin ərazidə saxlaya bilməməsinə səbəb olub.

Redaksiyamıza müraciət edən bina sakinləri bildirirlər ki, obyekt sahibləri öz şəxsi nəqliyyat vasitələrini həmin maneələri aradan qaldıraraq saxlasalar da, sakinlərin orada avtomobillərini park etməsinə icazə vermirlər.

Ümumi istifadədə olan küçə sahəsinin qanunsuz şəkildə məhdudlaşdırılması Zərdabi sakinlərinin haqlı narazılığına səbəb olub. Onlar aidiyyəti qurumlardan “İmplantium” diş klinikası və “Ucuz Store” marketin sahiblərinin qanunsuz fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

media-img-20260216-wa0015-2 media-img-20260216-wa0014-1

Gülbəniz Səfərova


Bənzər xəbərlər