media-inshot_20260227_152512394

Pakistan və Əfqanıstan arasında gərginlik pik həddə çatıb.

Patrul.az Pakistan KİV-ə istinadən xəbər verir ki, Pakistanın Əfqanıstandakı Taliban hakimiyyətinə qarşı başlatdığı “Qəzəb lil-Haq” əməliyyatı nəticəsində Talibanın ən azı 27 postu və 80-dən çox tankı məhv edilib.

Məlumata görə, əməliyyat çərçivəsində Pakistan Hərbi Hava Qüvvələri Taliban qüvvələrinə məxsus hərbi obyektlərə, o cümlədən Qəndəhar, Kabil və Paktiya şəhərlərinə zərbələr endirib.

Davam edən əməliyyatlar zamanı Taliban mövqeləri və Şipola düşərgəsinə də ciddi ziyan dəydiyi bildirilir.

Əfqanıstan qüvvələrinin isə Pakistanın nüvə obyektlərinə və hərbi bazalarına zərbələr endirdiyi iddia olunur. Məlumatlara görə, hücumlar nəticəsində yüzlərlə ölən və yaralananın olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

Pakistan tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Türkiyə, Çin və Malayziya gərginliyin daha da artmaması üçün tərəfləri dialoqa çağıraraq ortaq həll yolunun tapılmasının vacibliyi barədə xəbərdarlıq ediblər.


Bənzər xəbərlər