Pakistan-Əfqanıstan sərhədində terror aktı törədildi
Pakistan və Əfqanıstan sərhədində terror aktı baş verib.
Patrulaz.az “Reuters”ə istinadla xəbər verir ki, hadisə bu gün Şimali Vəziristan bölgəsində, sərhədə yaxın ərazidə baş verib.
Belə ki, hər iki ölkənin sərhədində edilən kamikadze hücumu nəticəsində yeddi pakistanlı əsgər həlak olub.
Hücumun təfərrüatları və məsul şəxslər barədə hələlik rəsmi açıqlama verilməyib.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, hadisənin arxasında “Təhrik-e Taliban Pakistan” (TTP) qruplaşmasına bağlı silahlı şəxslərin dayanması ehtimal edilir.
Hadisə ilə bağlı istintaq başlanıb.






