media-inshot_20251010_000226909

Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstana zərbə endirdiyi bildirilib.

Patrulaz.az Pakistan KİV-lərinə əsasən xəbər verir ki, zərbə Kabulda “Təhrik-e-Taliban Pakistan” (TTP) hərəkatının qərargahı və liderlərinin yaşadığı yerlərə edilib.

Məlumata görə, əməliyyat nəticəsində TTP-nin bir neçə yüksək vəzifəli üzvü həlak olub.

Qeyd edək ki, bu, Pakistanın TTP-yə qarşı son zamanlar həyata keçirdiyi daha bir hərbi addımdır.


Bənzər xəbərlər