media-inshot_20260301_144743494

Pakistanın Karaçi şəhərində yerləşən ABŞ konsulluğunun yaxınlığında atışma baş verib.

Patrul.az “France 24”ə istinadən xəbər verir ki, insident nəticəsində 10 nəfər həlak olub. Bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə İranın Ali dini lideri Əli Xameneinin ABŞ-İsrail zərbələri nəticəsində öldürülməsindən sonra baş verib. Bazar günü səhər saatlarında yüzlərlə İran tərəfdarı olan etirazçı konsulluq binasına doğru hərəkət edərək əraziyə daxil olmağa cəhd göstərib.

Etirazçıların qarşısını almaq üçün təhlükəsizlik qüvvələri tərəfindən atəş açılıb. Məlumata görə, ölkənin digər şəhərlərində də etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, günün ikinci yarısında İslamabad şəhərində ABŞ səfirliyinin yerləşdiyi ərazidə növbəti etiraz aksiyasının keçirilməsi gözlənilir.

­media-01133455281551b media-0113360513d324f media-photo


Bənzər xəbərlər