Park Academy-də yaşayan sakinlər kompleksdən şikayətçidirlər!
“Park Academy” premium yaşayış kompleksindən mənzil alan sakinlərdən qaynar xəttimizə kütləvi şikayətlər daxil olub. Belə ki, sakinlər Park Academy binalarından mənzil almamışdan öncə yaşayış kompleksinin verdikləri vədləri yerinə yetirmədiklərini və müqavilə şərtlərini kobud şəkildə pozduqlarını bildirirlər. Kompleksin sakinləri “Park Academy”nin onları bezdirdiyini bildirirlər.
Sakinlərin Patrulaz.az-a göndərdikləri şikayət məktubunda qeyd olunur: “Biz evdə papaqla, “kurtka” ilə otururuq. İşdən gəlib rahat əlimizi-üzümüzü yuya bilmirik. Sakinlər soyuqdan donur, qaz yox, su yox. Biz bu kompleksdən mənzil alanda kvadratına 3000 azn rahat yaşayaq deyə ödəmişik, soyuqdan donaq, qazsız və susuz qalaq deyə yox”-deyə, sakinlər bildirib.