Paşinyan Azərbaycana gələcək
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi sammitində iştirak etmək məqsədilə 2028-ci ildə Azərbaycana səfər edəcək.
Patrul.az xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib.
O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İrəvan sammitinə videobağlantı vasitəsilə qatıldığını xatırladıb.
“Lakin o, tədbirə ev sahibliyi növbəsi Azərbaycana çatanda Bakıya səfər etməyi gözləyir”.
2028-ci ilin birinci yarısında sammitə Azərbaycanın ev sahibliyi etməsi nəzərdə tutulur.






