media-inshot_20250818_050243545

Ermənistanın Baş naziri Nikol Paşinyan kilsə ilə bağlı söylədiyi kobud ifadələrə görə üzr istəyib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Paşinyan sosial şəbəkədə yazdığı paylaşımda Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının onun çıxışında etik qaydaların pozulduğunu müəyyən etdiyini bildirib:

“Komissiya mənim çıxışımda iki epizodda davranış qaydalarının pozulmasını qeydə alıb. Bəzi məqamlarla tam razılaşmasam da, üzr istəyirəm”, – Paşinyan qeyd edib.

Baş nazir əlavə açıqlama verməsə də, mövzunun ölkə gündəmində müzakirələrə səbəb olduğu bildirilir.


Bənzər xəbərlər