media-inshot_20251007_172150254

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Patrulaz.az xəbər verir ki, Paşinyan telefon danışığı zamanı Putini ad günü münasibətilə təbrik edib və ona ən xoş arzularını çatdırıb.

Eyni zamanda, Ermənistanla Rusiya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Putinin şəxsi töhfəsini yüksək qiymətləndirib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl ölkənin üç keçmiş prezidentini – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı debata çağırmışdı. O, həmin çağırışa cavab olaraq, “Siz üçünüz, mənə deyin, debata gələcəksiniz, yoxsa gəlməyəcəksiniz?” ifadəsini işlətmişdi.


Bənzər xəbərlər