media-inshot_20250919_132539097

Ermənistanın Baş naziri Nikol Paşinyanın 19 sentyabr iş gününə şən musiqi ilə başlamasını əks etdirən paylaşımı ermənilər arasında narazılqla qarşılanıb.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatı zamanı 200-dən çox erməni hərbiçisi həlak olub. Elə həmin gün Paşinyanın sosial şəbəkədə paylaşdığı video Ermənistanda birmənalı qarşılanmayıb.

Belə ki Paşinyan videoda masa başında iş görərkən Elvina Makaryanın mahnısına qulaq asıb və “iş gününə gözəl başlanğıc” qeydi ilə paylaşım edib.

Baş nazirin bu addımı Ermənistan mediasında və sosial şəbəkələrdə narazılığa səbəb olub. Yerli şərhlərdə qeyd edilir ki, Qarabağın itirilməsinin ikinci ildönümündə edilən belə paylaşım Paşinyanın mövzuya artıq nöqtə qoyduğunu göstərir.

media-screenshot_20250919_133540_instagram media-screenshot_20250919_133545_instagram


Bənzər xəbərlər