media-inshot_20250821_185923782

Bakıda ərəb turistlərin iştirakı ilə baş verən daha bir xoşagəlməz hadisənin görüntüləri yayılıb.

Patrulaz.az sosial şəbəkələrə yayılan görüntülərə əsasən xəbər verir ki, paytaxtın mərkəzində yerləşən hotellərdən birində çəkilən videoda ərəb turistlərin küçədən keçən insanların başına su butulkaları atdığı əks olunub.

Yayılan kadrlar sosial şəbəkələrdə geniş etirazla qarşılanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl də ərəb turistlər Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək paylaşdıqları üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdılar.


Bənzər xəbərlər