media-inshot_20260408_175924785

Paytaxtın Sabunçu rayonunda talama cinayəti baş verib.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, rayonun Bakıxanov qəsəbəsində mağazaların birinin qapısının qıfılını qıraraq 3500 manat oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 28 yaşlı R.Zöhrablı polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisində yerləşən mağazalardan da oğurluq etdiyi müəyyən edilib.

Araşdırma aparılır.


Bənzər xəbərlər