media-inshot_20260319_104240374

Paytaxtın Xəzər rayonunda restoranlardan birində vətəndaşa qarşı zorakılıq edən şəxslər müəyyən ediliblər.

Hadisə ötən gün axşam saatlarında Buzovna qəsəbəsində fəaliyyət göstərən restoranlarından birində qeydə alınıb.

Patrul.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda hadisənin təfərrüatlarının tam araşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı aktrisa Üzel Kərimova bayram qeyd etmək üçün orada olub. Onun sözlərinə görə, masada əsasən qadınlar olub, kişilərdən isə yalnız azyaşlılar və rəfiqəsinin həyat yoldaşı iştirak edib.

Bu zaman bir qrup şəxs Ü. Kərimovanın rəfiqəsinin həyat yoldaşına hücum edərək ona xəsarətlər yetirib. Kiçik mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər