Paytaxtda taksidən oğurluq edən şəxs saxlanıldı
Oktyabrın 17-də gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində taksi sürücüsü soyğunçuluğa məruz qalıb.
DİN-in Mətbuat Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, naməlum şəxs sürücüyə məxsus mobil telefonu və pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.
Zərərçəkənin müraciətindən sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 31 yaşlı E. Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






