media-inshot_20251027_084453125

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Patrulaz.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

5. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

7. Babək prospekti, mərkəz istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

11. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

media-571578512_1143333894621782_422420095674914938_n media-571643777_1143333897955115_6761762465016305828_n media-571717969_1143333914621780_3426548814214882322_n media-572021091_1143333911288447_1347390797125734688_n media-572287236_1143333904621781_6956388275062149956_n media-572882340_1143333917955113_8174441127089386794_n


Bənzər xəbərlər