Pişiyə işgəncə verib öldürən şəxs 3 il 8 ay azadlıqdan məhrum edildi
Türkiyədə pişiyə işgəncə verərək öldürən şəxsə 3 il 8 ay müddətində həbs cəzası verilib.
Patrulaz.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, 2 avqust 2025-ci ildə Başakşehir rayonunun Başak məhəlləsində işləyən şəxs “Cezve” adlı pişiyə işgəncə verərək öldürüb. Onun bu əməli təhlükəsizlik kameraları tərəfindən qeydə alındıqdan sonra həbs edilib.
Məhkəmə sözügedən şəxsi 3 il 8 ay müddətinə azadlıqdan məhrum edib və cəzanın azaldılması tətbiq olunmayıb.
Qeyd edək ki, pişiyin ölümünə şahidlik edən sakinlər səs yazıları ilə polis bölməsinə gedərək şikayət ərizəsi veriblər.






