media-inshot_20250929_210034659

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 27-də BMT baş Assembleyasının 80-ci ssesiyasındakı çıxışından əvvəl sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinlə “Ümumdünya Atom Həftəsi” konfransı çərçivəsində qeyri-rəsmi görüş keçirib.

Son vaxtlarda Ermənistan hökumətinin Rusiyaya yaxınlaşdığının şahidi oluruq. Bu addım Paşinyanın hansı strateji məqsədləri güddüyünü düşündürür: Regional güclərlə münasibətlərdə balans saxlamaq, yoxsa başqa prioritetləri var? Paşinyan niyə BMT iclasından əvvəl Moskvadakı tədbiri seçib?

Bu barədə politoloq Elman Vəliyev Patrulaz.az-a açıqlamasında bildirib ki, əgər Ermənistan Rusiyadan uzaqlaşsa, vəziyyət gərginləşə bilər:

media-elman_veliyev

“Bu, çox məntiqli və ağıllı bir addım kimi görünür. Belə ki, Rusiyanı qoyub Amerikanı seçmək gələcək üçün riskli ola bilər. Qafqazda hələ də Rusiyanın təsiri güclüdür və Moskva hələdə regionun əsas oyunçusudur. Məncə, Paşinyan doğru bir addım atıb; əgər başqa yol seçsə və Rusiyadan uzaqlaşsa, vəziyyət gərginləşə bilər. Ona görə də balansı qorumaq məqsədilə belə bir qərar verdiyi düşünürəm”.

Politoloq Elman Vəliyev qeyd edir ki, Ermənistanın Rusiyadan uzaqlaşması gərginlik yarada bilər, buna görə də Paşinyan Moskvanı seçərək riskləri minimuma endirməyə çalışıb.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər