Prezident ailəsi ilə birlikdə sərgidədir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 5-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar.
Patrul.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.







