"O, ölkəmizi Zəfərə çatdıran, Azərbaycanın adını dünya tarixinə yazan Müzəffər Liderdir" - DEPUTAT
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürütdüyü siyasətin bütün istiqamətlərini xalqımızın maraqlarının təmin edilməsi üzərində formalaşdırıb. Prezidentimiz bu amala o qədər sadiqdir ki, öz ad günlərini də hər zaman ən sadə formada qeyd edir. Dövlət başçımız üçünsə bu yanaşma sadə deyil, ən uca formada qeydetmə deməkdir”.
Bu sözləri Patrul.az-a açıqlamasında deputat Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə bağlı öz təəssüratlarını bölüşərkən deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev hər zaman xalqla iç-içə olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpasını prioritet tutur və xalqın səmimi dəstəyini qazanır:

“Çünki Liderimiz hər zaman xalqla iç-içədir, daimi təmasdadır.
Prezidentimiz 64-cü yaşını qeyd edərkən bu dəfə də istisnanın şahidi olmadıq. Tədbirlər çoxluğu, sıx iş qrafikində yenə də prioritet Qarabağ və Şərqi Zəngəzur oldu, xalqın yanında olmaq seçildi. Bu gün şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi əsas məsələdir. Həmin bu çərçivədə dövlət başçımızın Qarabağa hər reallaşdırdığı səfər, orada sakinlərlə səmimi söhbətləri, xüsusilə insanlarımızın dövlət başçısına göstərmiş olduğu doğma, səmimi münasibət bir daha ondan xəbər verir ki, dövlət və xalq arasında daimi təmas var. Dövlət və xalq heç bir halda bir-birindən ayrı deyil. Xalqımız cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləyir, onun siyasətinə sadiqdir”.
A. Hüseynov bildirib ki, Qarabağda xalqın göstərdiyi səmimi münasibət cənab Prezident İlham Əliyevin təvazökar, xalqa sadiq və nümunəvi liderliyini bir daha təsdiqləyir:
“Bu yanaşmanın dövlət başçımızən ünvanına səsləndirilən bütün fikirlərlə bir daha şahidi olduq. Qarabağda insanlarımızın dövlət başçımıza ünvanladığı sözlər bütün Azərbaycan xalqının yanaşması deməkdir, bütün Azərbaycan xalqının səmimi hisslərinin ifadəsidir.
Bu baxımdan qeyd olunmalıdır ki, dövlət başçımızın bu qədər sadə, bu qədər təvazökar və xalqa sadiq xidməti hər bir məmur üçün nümunə olmalıdır və bu yolda hər zaman dövlət başçımızdan nümunə götürməliyik. Cənab Prezident İlham Əliyev Azərbaycanı Zəfərə qovuşduran, eyni zamanda Azərbaycanın adını dünya tarixinə yazan Müzəffər Liderdir”.
Cəmilə Cəfərzadə






