media-inshot_20250718_142825186

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Patrulaz.az “AZƏRTAC”a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə – 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

media-mj44irvbbshbfyzqtg0ybb6gjmjqssidjovzotxq_640 media-lrzyhzbhbinxvqtynv8mh7mxkxs2tvpmaqo30khp_640 media-gttyelcp2wztmcd6mrwcyvwfdnvmul6mlgrgbemz_640 media-kk6jzltmotyyqz64gtyydln1po7mfrlgwdsdfa5g_640 media-vr4ceqsivm3tsc8vl7rynmqx5ktqdc4fpcry8t4x_640 media-2ykylqzy0fiuoiksj8aval9p4gyno87oajyoehe0_640 media-stw0c5f8y9nmcefzwotbkyly6irnjmz3puq6cqm5_640 media-buytejvv3vkvfzyd9p6zpzziv2wret6wrn1menkg_640 media-reo1ukqgstuvgxtzp0xdbj3j3cagii9gmaqgl55f_640 media-jzd38mbdtpw2mhwqlxhxdtdq2xbnbay6crqvg9wl_640 media-e16p4ahjywptijdbalofztcnheqs9wzxnzezjxm6_640 media-25nfe6kqppyhitg6pgrubw51z5jeoclvubkgo3kw_640 media-coxoj14ty5m9ipps68rmllkwlc7bujd2ysfgoodp_640 media-rrwvbcfodthqqiymfnjfndw0se8rwqqeoeetlhe4_640


Bənzər xəbərlər