Putin Çindədir - Əsas danışıqlar bu tarixdə olacaq
Rusiya Prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Çin Xalq Respublikasına (ÇXR) gedib.
Patrul.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Rusiya dövlət başçısını aparan xüsusi təyyarə artıq Pekin hava limanına eniş edib.
Səfərin əsas iş günü mayın 20-nə təyin olunub. Proqrama uyğun olaraq, həmin gün Vladimir Putin və ÇXR sədri Si Cinpin arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar keçiriləcək.
Bundan əlavə, mayın 20-si axşam saatlarında Rusiya prezidentinin Çin sədri ilə çay süfrəsi arxasında qeyri-rəsmi şəraitdə söhbəti və regional məsələlərin müzakirəsi planlaşdırılıb.






