Putin: Ukrayna əsgərləri təslim olsalar, həyatları xilas olacaq
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Kurskda ukraynalı əsgərlərin əfv edilməsi çağırışına cavab verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin əgər ukraynalı əsgərlər təslim olsalar, canlarını qurtaracaqlarına zəmanət verdiklərini bildirib: “Tramp sülhü təmin etmək üçün əlindən gələni edir. Trampın çağırışının həyata keçməsi üçün Kiyev Kurskdakı əsgərlərə təslim olma əmri verməlidir”-deyə, o bildirib.
Donald Tramp iddia edib ki, Kurskda ukraynalı əsgərlər mühasirəyə alınıb və onlara aman verilməsə, İkinci Dünya Müharibəsi baş verəcək. O, İkinci Dünya Müharibəsindən sonra ən ağrılı hadisələrdən birinin baş verəcəyini bildirib. Ukrayna Ordusu mühasirə ilə bağlı iddiaları rədd edərək ordunun daha təhlükəsiz mövqelərə çəkildiyini bəyan edib.
Ukrayna və ABŞ komandaları arasında Səudiyyə Ərəbistanında keçirilən görüşlər barədə danışdıqlarını qeyd edən Zelenski ABŞ-ın havada, dənizdə və quruda 30 günlük qeyd-şərtsiz, tam müvəqqəti atəşkəs təklifini dəstəklədiyini deyib: “Ədalətli və daimi sülh üçün ilk addımlar hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi, habelə Ukraynadan deportasiya edilmiş uşaqların geri qaytarılmasını əhatə etməlidir”-deyə, Zelenski bildirib.