media-inshot_20251202_235734746

Rusiya Prezidenti Vladimir Putin Avropanın Ukrayna ilə bağlı danışıqlara qayıtması üçün şərtlərini açıqlayıb. 

Patrul.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Putin Kremldə baş tutan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə görüşü zamanı jurnalistlərə bildirib ki, Rusiya Avropa İttifaqına (Aİ) Ukraynanın nizamlanması üzrə danışıqlara qayıtmağa icazə verir, ancaq blokun üzvləri yerlərdə yaranan reallıqları nəzərə almalıdır.

“Əgər onlar həqiqətən də reallığa əsaslanaraq hərəkət etmək istəyirlərsə, biz buna icazə verməyə hazırıq”, – deyə dövlət başçısı əlavə edib.

Xatırladaq ki, Putin daha əvvəl də bildirmişdi ki, Rusiya Avropa ölkələri ilə müharibə aparmaq fikrində deyil, lakin əgər müharibə elan edilərsə, Moskva buna tam hazırdır.

Dövlət başçısının sözlərinə görə, Avropa ilə müharibə baş verərsə, Rusiya Ukraynada tətbiq etdiyi yanaşmadan fərqli davranacaq və danışıqlar üçün heç bir tərəf olmayacaq.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il 24 fevral tarixində başlayıb və hələ də davam edir.

Münaqişənin digər cəbhəsi isə Qara dənizdədir. Vladimir Putin Ukraynanın Qara dənizdəki Rusiya tankerlərinə hücumuna cavab olaraq, Ukrayna limanlarına daxil olacaq gəmilərə qarşı hücumlarını genişləndirəcəyini də açıqlayıb.


Bənzər xəbərlər