media-inshot_20251007_084102487

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Patrulaz.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, liderlər ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında sülh planı da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyəti nəzərdən keçirib və məsələnin diplomatik yollarla, danışıqlar vasitəsilə həll olunmasının vacibliyini vurğulayıblar.


Bənzər xəbərlər