media-49af4d6a-e673-4e04-97aa-2acbaf0d4616

Cənubi Çindən olan bir qadının altı dəfə işdən bir dəqiqə tez getdiyinə görə işdən çıxarılması ilə bağlı açdığı əmək məhkəməsi sosial mediada sərt rəhbərlər barədə geniş müzakirələrə səbəb olub.

Patrulaz.az “SCMP”yə istinqdən xəbər verie ki, soyadı Van olan əməkdaş bu ilin əvvəlində Quanqdon əyalətinin Quanqcou şəhərində yerləşən şirkəti məhkəməyə verib.

Yerli məhkəmə yaxınlarda qərar verib ki, Vanın keçmiş işəgötürəni (adı açıqlanmayan şirkət) onu qanunsuz olaraq işdən çıxarıb və ona məbləği açıqlanmayan kompensasiya ödəməlidir.

Van bildirib ki, şirkətdə üç il çalışıb və “kifayət qədər yaxşı göstəricilərə” malik olub. Keçən ilin sonunda insan resursları üzrə menecer ona zəng edərək müşahidə kameralarının qeydlərinə əsasən, bir ay ərzində altı gün iş masasını iş vaxtından bir dəqiqə tez tərk etdiyini bildirib.

Van əmək hüquqları üzrə yerli orqana şikayət edib və şirkəti məhkəməyə verib.

Məhkəmənin qərarına görə, Van iş vaxtını cəmi bir dəqiqə tez tərk etsə də, bu, onun “işdən tez getdiyi” mənasını vermir. Şirkət ona nə xəbərdarlıq edib, nə də davranışını düzəltməyə çağırıb. Məhkəmə qərara alıb ki, işəgötürən onunla qəfil şəkildə əmək müqaviləsinə xitam verə bilməzdi.

Hökmdə qeyd olunur ki, Vanın işdən çıxarılması qanunsuz olub, çünki bu qərarın nə sübutu var idi, nə də əsaslandırılması.

Qeyd edək ki, Çində sərt iş rejimləri və qaydaları tez-tez sosial şəbəkələrdə gündəm olur. Məsələn, bu ilin yanvarında bir Çin şirkəti tualetdə fasilələrə çox vaxt sərf edən işçiləri izləmək üçün ora müşahidə kameraları quraşdırdığı və “utanclılar divarı” yaradaraq onların adlarını açıqladığı üçün böyük qalmaqalla üzləşmişdi.

Ləman Sərraf


Bənzər xəbərlər