"Qadına həbsxana yaraşmır"- Baş DYP xanım sürücülərə çağırış etdi
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) bütün xanım sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Patrulaz.az xəbər verir ki, İdarənin açıqlamasına görə, cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 16 nəfər həlak olub, 159 nəfər isə xəsarət alıb.
DYP qeyd edir ki, bəzi hallarda diqqətsizlik və yol hərəkəti qaydalarına riayət olunmaması ağır qəzalara səbəb olur. Qadın sürücülərə tövsiyə olunur ki, yüksək sürət, qəfil və təhlükəli manevrlərdən uzaq olsun, hərəkətlərinin övladına, ailəsinə və cəmiyyətə təsirini dəyərləndirsin.
“Qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir. Qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur”, – Baş DYP vurğulayıb.






