“Qadınlar arasında yeni səyahət trendi populyarlaşıb”
Son zamanlar tək səyahət etməyi sevən qadın turistlər arasında “singlemoon” adlı yeni bir trend getdikcə populyarlaşır. Bu ifadəni “tək bal ayı” kimi tərcümə etmək olar.
Patrulaz.az “Unian”a istinadən xəbər verir ki, “Time Out” turizm və əyləncə jurnalı bu anlayışın nə olduğunu və qadınlar tərəfindən niyə bu qədər sevilməyə başladığını araşdırıb.
“Singlemoon” istədiyiniz yerə, istədiyiniz vaxt gedə, istədiyinizi edə biləcəyiniz və bütün bunlara bir az lüks də qata biləcəyiniz bir səyahətdir.
Eyni zamanda müəlliflər vurğulayırlar ki, “singlemoon” adi solo səyahətlərdən fərqlənir. Burada ucuz hostellərdəki yataqxana yerləri əvəzinə dəbdəbəli otellər, yorucu turlar və marşrutlar əvəzinə isə SPA və istirahət yer tutur.
“Singlemoon” ilk növbədə özünə qayğıdır. Əvvəllər dünyanı tək başına gəzməyə yalnız cəsur bir azlıq cəsarət edirdi. İndi isə bu, xüsusilə öz ehtiyaclarını daim arxa plana atan qadınlar üçün demək olar ki, bir özünüdərk mərasiminə çevrilib.
İki uşaq anası Bharti Lim “Time Out”a müsahibəsində bildirib ki, tək səyahətlərə doğuşdan sonrakı depressiya zamanı başlayıb:
“Bu, sağalmağımda dönüş nöqtəsi oldu. Özümü yenidən tapdım”.
Lim ilk tək səyahətinə Kiprə gedib. O vaxt kiçik uşağı 11 aylıq, böyüyü isə 3 yaşında idi. Digər valideynlər onun bu qərarını “özgüvənli” deyil, “özgə fikirli” adlandırsalar da, bu addım ona ailə həyatında və ondan kənarda ehtiyacı olan inamı qazandırıb.
Ləman Sərraf