media-inshot_20260217_212712295

Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında Moskva-Kiyev münaqişəsinin həlli məqsədilə üçtərəfli danışıqlar başlayıb.

Patrul.az hər üç ölkənin mediasında yayılan məlumatlara əsasın xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Danışıqlar qrupuna həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi admiral İqor Kostyukov da daxildir.

ABŞ nümayəndə heyətində Prezidentin xüsusi elçisi Steve Witkoff və iş adamı Jared Kushner təmsil olunur.

Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rustem Umerov, Prezident Aparatının rəhbəri Kyrylo Budanov və onun müavini Serhiy Kyslytsya daxildir.

Məlumata görə, danışıqlar zamanı Ukrayna nümayəndə heyəti ABŞ-nin rəhbərlik etdiyi mümkün sazişlə bağlı mövqelərində fikir ayrılığı yaşayıb.

Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasında yer alan Kirilo Budanov sülh müqaviləsinin tərəfdarıdır. Digər qrupun isə Prezident Aparatının rəhbəri Andriy Yermakın təsiri altında daha sərt mövqe tutduğu bildirilir.

Digər mənbəyə görə, ABŞ-nin Polşadakı keçmiş səfiri Daniel Fried danışıqlar zamanı ABŞ-nin avropalılar və ukraynalılardan əldə etdiyi güzəştlərin təsirli olduğunu bildirib.

Qeyd edək ki, qapalı qapılar arxasında keçirilən danışıqları Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan olan milli təhlükəsizlik müşavirləri də izləyir. Bildirilir ki, onlar bu gün axşam Ukrayna və ABŞ nümayəndə heyətləri ilə ayrıca görüş keçirəcəklər.

Qeyd edək ki, danışıqlar fevralın 18-dək davam edəcək.

media-img_20260217_212615_885 media-img_20260217_212615_723 media-img_20260217_212616_422 media-img_20260217_212615_960

Gülbəniz Səfərova


Bənzər xəbərlər