"Qarabağ" - "Ayaks" oyunun start heyətləri açıqlandı
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turu çərçivəsində qarşılaşacaq Azərbaycan təmsilçisi “Qarabağ”la Niderlandın “Ayaks” klublarının start heyətləri açıqlanıb.
Patrul.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
“Ayaks”: Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux
Baş məşqçi: Fred Qrim
Xatırladaq ki, matç Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu – 36-cı sıradadır.






