"Qarabağ" - "Ayntraxt" matçının START HEYƏTLƏRİ açıqlandı
UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turu çərçivəsində Ağdam təmsilçisi “Qarabağ” Bakıda – doğma meydanda Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə qarşılaşır.
Patrul.az xəbər verir ki, saat 21:45-də başlayacaq matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran
Baş məşqçi: Qurban Qurbanov
“Ayntraxt”: 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun
Baş məşqçi: Dennis Şmitt
Qeyd edək ki, 2 qələbə və 3 məğlubiyyəti olan “Qarabağ” ümumlikdə 7 xalla ÇL-nin turnir cədvəlində hələlik 25-ci yerdə qərarlaşıb.






