"Qarabağ" İngiltərədə uduzdu - “Nyukasl” 1/8 finala yüksəldi
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçirilən oyunda “Nyukasl” “Qarabağ” üzərində 3:2 hesablı qələbə qazandı.
Patrul.az xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Sandro Tonali hesabı açıb. Cəmi bir dəqiqə sonra Joelinton fərqlənərək üstünlüyü 2:0-a çatdırıb.
Matçın ikinci hissəsində “Qarabağ” fəallaşaraq 50-ci dəqiqədə Kamilo Duranın qolu ilə hesab arasındakı fərqi azaldıb. Lakin 52-ci dəqiqədə Sven Botman “Nyukasl”ın üçüncü qolunu vurub.
56-cı dəqiqədə Marko Yankoviçin penaltisi dəqiq alınmasa da, qapıçıdan qayıdan topu Elvin Cəfərquliyev qola çevirərək hesabı 3:2 edib. Oyunun qalan hissəsində hesab dəyişməyib.
Beləliklə, “Qarabağ” ümumi hesabla 3:2 uduzaraq turnirlə vidalaşıb. “Nyukasl” isə 1/8 final mərhələsində “Barselona” və ya “Çelsi” ilə qarşılaşacaq.







