media-inshot_20251216_174342718

“Qarabağ” və “Araz-Naxçıvan” komandalarına cərimə tətbiq edilib.

Patrul.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında klublarla bağlı qərarlar qəbul olunub.

Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la oyun zamanı “Qarabağ” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 3 000 manat cərimələnib.

Eyni zamanda, “Araz-Naxçıvan” komandası 4 futbolçusunun sarı vərəqə alması nəticəsində 700 manat cərimə olunub.


Bənzər xəbərlər