Qaranlıq şəraitin hökm sürdüyü bu yolda sürücülər qarşıda gedən avtomobilləri görməkdə çətinlik çəkir – VİDEO
Bakı-Qazax yolunda, Qobustan istiqamətində sürücülər yollardakı işıqlandırma sistemindən şikayətlənirlər.
Patrulaz.az-a şikayətini bildirən vətəndaş xüsusilə qış aylarında yağan qar səbəbindən yolda sürüşkənliyin artması ilə yanaşı işıq sisteminin olmamasının da təhlükəsizliyi daha riskli hala gətirdiyini bildirib. Yolda qaranlıq şəraitin hökm sürdüyü bu ərazilərdə, sürücülər qarşıda gedən avtomobilləri görməkdə çətinlik çəkir və bu, qəza riskini artırır. Şikayət edən sürücülər, işıqlandırma sisteminin bərpa olunmasının vacibliyini vurğulayaraq, səlahiyyətli orqanlardan bu problemin həllini xahiş edirlər.
Yol təhlükəsizliyinin təmin edilməsi və sürücülərin rahatlığının artırılması üçün işıqlandırma sisteminin işə salınması zəruridir. Bu cür təhlükəsizlik tədbirləri, sürücülərin həyatını qorumaqla yanaşı, yolda baş verə biləcək qəza hallarının da qarşısını almış olur.