media-62c4a46b-8fb9-4ac2-915f-3cc911f906ca

Ötən gün paylaşdığımız görüntülərdə qayda pozuntusuna yol verən avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbovun Patrulaz.az-a verdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində “99-HT-300” dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü H. Hüseynov müəyyən olunub və saxlanılıb. Sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd edək ki, həmin nəqliyyat vasitəsi ötən gün qayda pozuntusu ilə bağlı yayılan görüntülərdə əks olunmuşdu.


Bənzər xəbərlər