media-img_4364

15.11.2025-ci il, saat 17:12 radələrində 99-JO-929 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Tbilisi prospektində qəfil və təhlükəli manevr edərək yol hərəkətini ciddi şəkildə pozub.

Hadisənin şahidi olan digər sürücülər Patrul.az-a bildirirlər ki, avtobus sürcüsünün bu davranışı qəzaya səbəb ola biləcək dərəcədə riskli olub və hərəkətdə olan nəqliyyat vasitələrinin təhlükəsizliyini təhdid edib.

Sərnişin daşıyan avtobusların belə məsuliyyətsiz şəkildə idarə olunması həm insan həyatı, həm də ümumi yol təhlükəsizliyi baxımından böyük narahatlıq doğurur. Sürücünün qəfil zolaq dəyişməsi və qəza şəraiti yaradan manevri digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olub.

Sakinlər və sürücülər bildirirlər ki, ictimai nəqliyyatı idarə edən şəxslərin məsuliyyəti daha yüksək olmalıdır. Belə halların qarşısının alınması üçün aidiyyəti qurumların sürücü intizamı ilə bağlı nəzarət mexanizmlərini gücləndirməsi vacibdir.

Günay Salayeva


Bənzər xəbərlər