media-img_0222

20 oktyabr 2025-ci il tarixində, günorta saat 13:20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az xəbər verir ki, qarşı istiqamətdən gələn Hyundai markalı, 77-UE-642 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək nəqliyyat vasitəsini əks zolaqda hərəkət edən Chevrolet Malibu markalı avtomobilin üzərinə sürüb.

Chevrolet Malibu markalı avtomobilin sürücüsü toqquşmadan yayınmaq üçün dərhal avtomobilini sağa çəkib. Lakin bu zaman onunla paralel zolaqda hərəkət edən yük avtomobili ilə toqquşma baş verib. Hadisə nəticəsində Chevrolet Malibu və yük avtomobilinə ciddi ziyan dəyib.

Şahidlərin sözlərinə görə, Hyundai markalı avtomobilin sürücüsü hadisədən dərhal sonra heç nə olmamış kimi ərazidən uzaqlaşıb.


Bənzər xəbərlər