Qəzzanın işğalı ilə bağlı Netanyahu əmir verdi
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının tam işğalı üçün orduya əmr verib.
Patrulaz.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” və “The Times of Israel” qəzetləri məlumat yayıb.
Netanyahuya yaxın şəxslər iddialı çıxış ediblər:
“Qərar verildi – Qəzza işğal olunacaq. Əgər Baş Qərargah rəisi buna qarşı çıxsa, istefa verə bilər”.
Məlumata görə, İsrail hökumət daxilində ciddi fikir ayrılığı mövcuddur. Netanyahuya yaxın siyasətçilər – Ron Dermer, Bezalel Smotriç və İtamar Ben-Qvir əməliyyatı dəstəkləsələr də, xarici işlər naziri Gideon Saar, Haredi lideri Aryeh Deri və milli təhlükəsizlik müşaviri Tzaçi Hanegbi planın əleyhinədir.
Ordunun başçısı Eyal Zamir isə planın risklərini vurğulayaraq bildirib ki, HƏMAS-ın infrastrukturunun məhv edilməsi illər çəkə bilər və hərbi əməliyyatlar girovların yerləşdiyi əraziləri də təhlükəyə ata bilər.
Hazırda Qəzza zolağının təxminən 25%-i HƏMAS-ın nəzarətində qalır. Netanyahunun planı isə üç əsas məqsədə əsaslanır: Qrupun hərbi məğlubiyyəti, bütün girovların azad olunması və İsrailə qarşı təhlükənin uzunmüddətli olaraq aradan qaldırılması.






