Qırmızı işıqda keçdi, sonra arxaya verib qəza törətdi - VİDEO
Patrul.az xəbər verir ki, 03 noyabr 2025-ci il, saat 13:30 radələrində Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, 99-TL-248 dövlət qeydiyyat nişanlı Tofaş markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında hərəkətə davam edib. Daha sonra vəziyyəti düzəltmək üçün nəqliyyat vasitəsini arxaya verərək stop xəttinə qayıtmaq istəyib.
Bu zaman arxada hərəkətdə olan və svetoforun stop xəttinə yaxınlaşan 90-TV-562 dövlət qeydiyyat nişanlı Toyota markalı avtomobilə çırpılıb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, hər iki avtomobil zərər görüb.






