Qış gəldisə, qara günlər başladı – VİDEO
Qış gəldisə, qara günlər başladı. Bakının arxa küçələrində problemlər davam edir. Bütün qış boyu bir çox küçələrdə və dar dalanlarda eyni vəziyyət hökm sürür.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan görüntülərdəki ərazi Abşeron rayonu, Məhəmmədli qəsəbəsinin Süleyman Rəhimov küçəsidir. Sakinlər vəziyyətdən əziyyət çəkir və şikayətlənir. Onlar bildirir ki, bəzi yerlərdə gölməçələrin dərinliyi 25-30 sm-ə çatır. Suların axıdılması üçün kanalizasiya xətti olsa da, hələki istifadəyə verilməyib. Bir vaxtlar həmin küçələrdə asfalt olmasına baxmayaraq, zamanla keyfiyyətini itirən örtük məlum vəziyyətə düşüb. Onu da əlavə edək ki, yığılan sular təkcə yoldan istifadə edənlərə yox, həmçinin yaxınlıqda evi olanlara da ciddi ziyan verir. Torpaqdan sızaraq evlərin təməlinə dolan sular rütubətin yaranmasını labüd edir.
Sakinlər bildirir ki, adiyyatı qurumlara dəfələrlə müraciət edilsə də, nəticə olmayıb və eyni hal illərdir davam edir.






