media-06823384-ef86-4ef1-9a5a-369db89c533e

Mançester Universitetində alimlərin apardığı yeni araşdırmaya görə, isti bölgələrdə geniş yayılmış ölümcül göbələk xəstəliyi iqlim dəyişikliyi səbəbindən daha geniş ərazilərə yayıla bilər.

Patrulaz.az xarici mətbuata istinadən məlumat verir ki, araşdırmaya əsasən, “Aspergillus fumigatus” adlı göbələk növü insanlarda ağır tənəffüs sistemi xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər bu növün Afrikadan və Cənubi Amerikadan Avropa və Asiya istiqamətində yayılacağını proqnozlaşdırır. Tədqiqatda həmçinin qeyd olunub ki, yayılmanın miqyası əsasən fosil yanacaqların istifadəsi və istixana qazlarının emissiyası ilə birbaşa bağlıdır.
Araşdırmanın əsas müəllifi olan Norman van Rhijn bildirib ki, bu cür göbələk infeksiyalarının müalicəsi “son dərəcə çətindir” və buna görə də təcili tədbirlər görülməlidir.
Proqnozlara görə, bu göbələk növlərinin yayılma sahəsi qlobal istiləşmə səbəbilə 2100-cü ilə qədər 77 faiz arta bilər. Bu isə yalnız Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığının risk altında qalacağı mənasına gəlir. Xüsusilə xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlər və immun sistemi zəif olan şəxslərə qarşı xəbərdarlıq edilib.

Ləman Sərraf


Bənzər xəbərlər