Qum altından ziyarətgah üzə çıxdı
Kipr adasında qum altında qalan qədim “Apollon” ziyarətgahı 139 ildən sonra yenidən üzə çıxarılıb.
Patrulaz.az “Popular Mechanics”ə istinadən xəbər verir ki, alman arxeoloqları tərəfindən aşkar edilən “Frangissa” adlı məkanda eramızdan əvvəl VII əsrə aid 100-dən çox heykəl altlığı və iri fiqur fraqmentləri tapılıb.
“Tapıntılar arasında həyatdan böyük əhəngdaşı heykəllər və nadir yazılar var ki, bu da ziyarətgahın dövrlər boyunca dini və sosial əhəmiyyətini sübut edir”, – deyə arxeoloqlar bildirib.
Qeyd edək ki, tapılan fraqmentlər 1885-ci ildəki ilkin qazıntılarda çıxarılan, lakin kataloqlaşdırılmamış heykəlləri tamamlamaqla muzey ekspozisiyalarını zənginləşdirəcək.
Gülbəniz Səfərova